21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə cəlb olunan Mustafa Kamara yığmaya faydalı olacaq.
Sportinfo.az xəbər verir ki, bunu U-21-in baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında bildirib.
O, milli komandaya yeni dəvət olunan futbolçular barədə fikirlərini bölüşüb:
"Heyətdə yeni cəlb olunan futbolçular var. Həm əvvəlki oyunçular, həm də yeni futbolçulara ümidlər böyükdür.
Bu gün Lorenzo Mezzotero ilk məşqinə çıxdı. Bir məşqlə heçnə demək olmaz.
Gözləntilərimiz var. Mustafa Kamara isə sabah ilk məşqinə çıxacaq. O, bizim üçün qeyri-tipik oyunçudur.
Çünki texnikası və oyun tərzi fərqlidir. Kamaranın yığma üçün faydalı olacağını düşünürəm".

