Pakistan yığması Azərbaycana gəlir - Ya ruslar, ya da gürcülər…

22 May 22:40 Milli komanda 648
Pakistan yığması Azərbaycana gəlir - Ya ruslar, ya da gürcülər…

20 yaşadək futbolçulardan ibarət millinin növbəti təlim-məşq toplanışı olacaq.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat verilib.

Rui Jorjenin çalışdırdığı yığma yenə Qəbələdə hazırlıq keçəcək. Baş məşqçinin planına əsasən, komanda 20 gündən artıq müddətdə bir yerdə olacaq.

Bu müddətdə 2-3 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. Hələlik rəqiblərdən ikisinin adı məlumdur.

Bunlar «Qəbələ»nin əvəzedici heyəti və Pakistan millisidir.

Üçüncü sparrinqin tapılması istiqamətində hazırda iş gedir. Ola bilər ki, həmin vaxt gürcülərin, ya da rusların gənclər komandası ölkəmizə təşrif buyursun.

U-20-lər arasında dünya çempionatı 2027-ci ildə keçiriləcək. Mundial iki ölkədə - Azərbaycan və Özbəkistanda təşkil ediləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti