Bu sözləri qan dondurdu: "Əgər kimsə ölməsə..." - VİDEO

29 Mart 2020 01:38 Maraqlı 774
Bu sözləri qan dondurdu: "Əgər kimsə ölməsə..." - VİDEO

Nyu-York xəstəxanalarının birində çalışan həkimin çəkdiyi video dünya gündəmini zəbt edib.

Sportinfo.az xəbər verir ki, həkim videoda gördüyümüz bütün xəstələrin koronavirusdan əziyyət çəkdiyini bildirib.

Onun sözlərinə görə, xəstəxana artıq fiziki və tibbi ləvazimat baxımından xəstələrin tələblərin qarşılıq verə bilmir: "Guya dünyanın ən yaxşı ölkəsiyik. Amma əgər sabah hansısa xəstə ölməsə, nəfəs aparatımız bəs etməyəcək. Bu, vəziyyətin nə qədər dəhşətli olduğunu və xəstəliklə mübarizədə nə qədər gecikdiyimizi göstərir".

Həkim həm də bildirib ki, ölənlərin sayı o qədər çoxdur ki, morq artıq ölü qəbul edə bilmir: "Ölüləri dondurucu olan kamazlara doldururuq. Morqdakı yerlər kifayət etmir".

Xəstəxanaya gələnlərin vəziyyətinin ağır olduğunu bildirən həkim, onların yaş aralığının 30-50 olduğunu deyib: "Bu xəstəliyin yaşlı və xəstə insanları öldürdüyünü zənn edirdik. Lakin elə deyil. İndi, ağır vəziyyətdə gələnlərin əksəriyyəti 30-50 yaş arasındadır və onların heç bir zərərli vərdişləri və ya xroniki xəstəlikləri yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti