Koronavirusun yeni simptomları... Çinli mütəxəssislər xəbərdarlıq etdi

21 Mart 23:00 Maraqlı 475
Koronavirusun yeni simptomları... Çinli mütəxəssislər xəbərdarlıq etdi

Dünyada koronavirus səbəbilə həyatını itirənlərin sayı 10 mini ötüb.

Virusdan müalicə alanların sayı 86036 nəfərdir. Epidemiyaya yoluxanların sayının artması səbəbilə çinli alimlər yeni simptonlar barədə xəbərdarlıq ediblər.

Sportinfo.az xəbər verir ki, Çin mütəxəssisləri, həzm sisteminə təsir edən koronavirusun diareya, iştahsızlıq və ürək bulanması kimi yeni simptomları barədə xəbərdarlıq etdiblər.

Çindəki 3 xəstəxanada virusa yoluxan 204 insan üzərində aparılan araşdırmanın nəticələrinə görə xəstələrin 48,5 faizi tənəffüs yolundakı simptomlarla yanaşı, həzm problemlərindən şikayətlənirlər.

Yalnız ishaldan əziyyət çəkən bəzi xəstələrdə qızdırma və öskürək kimi əlamətlərə rast gəlinməyib. Tədqiqatlar göstərir ki, yalnız nəfəs alma çətinliyi olan xəstələrin sağalma prosesi daha sürətli gedir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?