İki ilin qazancı: çempionluq və gözəl xanım - FOTOLAR

19 Yanvar 2020 15:39 Maraqlı 1 464
İki ilin qazancı: çempionluq və gözəl xanım - FOTOLAR

"Rostov"un yeni qapıçısı Maksim Rudakov "Zenit" Futbol Akademiyasının yetirməsidir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı qolkiper son iki mövsümü icarə əsasında Finlandiya HİK-ində keçirib. Legioner həyatı yaşamaq Maksimə həm futbol, həm də şəxsi həyatında uğur qazanıdırıb.

2018-ci ildə komandası ilə Finlandiya çempionu olan qapıçı bir müddət öncə sevdiyi xanımla ailə həyatı qurub. Rusiyanı subay oğlan kimi tərk edən Maksim ölkəsinə evli qayıdıb.

Onun həyat yoldaşı isə Yekaterinadır. 23 yaşlı cazibədar xanım Sankt-Peterburqdakı Memarlıq və İnşaat Universitetini bitirib. Səyahət etməyi sevən və açıq-saçıq şəkillər paylaşmaqdan zövq alan Katyanın sosial şəbəkədə izləyiciləri də kifayət qədərdir. "İnstagram" paylaşımlarından başa düşmək olur ki, həyat yoldaşının doğum günü üçün tortları da özü hazırlayır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!