Sənin Mbappe kimi hücumçun varsa... DÇ-2026-dan VİDEO

Sənin Mbappe kimi hücumçun varsa... DÇ-2026-dan VİDEO

Fransa millisi dünya çempionatının 1/16 final mərhələsində İsveçi məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilən qarşılaşma fransızların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Kilian Mbappe 45 və 74-cü dəqiqələrdə, Bredli Barkola isə 53-cü dəqiqədə vurub.

Bu qollardan sonra Mbappenin dünya çempionatlarındakı qol sayı 18-ə yüksəlib. Fransa millisinin hücumçusu mundialların bombardirləri siyahısında ikinci pillədə qərarlaşıb.

O, yalnız 19 qolla lider olan Argentina millisinin kapitanı Lionel Messidən geri qalır.

Hazırkı dünya çempionatında isə Mbappe və Messi hərəyə 6 qol vuraraq bombardirlər yarışında ilk pilləni bölüşürlər.

Fransa millisi 1/8 finalda Paraqvay yığması ilə qarşılaşacaq. Paraqvay komandası 1/16 finalda Almaniyanı əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdən sonra penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

Fransa - Paraqvay oyunu iyulun 5-nə keçən gecə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək.

Fransa - İsveç 3:0
Qollar
:Mbappe 45, 74, Barkola, 53

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!