Bu üzüyü tanınmış azərbaycanlı keçmiş oyunçunun qızına kim hədiyyə edib?

2 İyun 2024 15:40 Maraqlı 965
Bu üzüyü tanınmış azərbaycanlı keçmiş oyunçunun qızına kim hədiyyə edib?

Bədii gimnastika üzrə Rusiyanın mütləq çempionu Lalə Kramarenko barmağındakı üzük haqda danışıb.

Cümə günü 19 yaşlı idmançı Moskvada keçirilən “Ən Güclülər Kuboku”nun ikinci mərhələsində iştirak edərək, sağ əlinin adsız barmağında üzüklə ictimaiyyət qarşısına çıxıb.

Sportinfo.az xəbər verir ki, Lalə üzüyün hədiyyə olduğunu bildirib.

“Barmağımdakı nişan üzüyü deyil. Bu, valideynlərimin hədiyyəsidir, həmişə mənimlədir.

Niyə sağ əlin barmağında? Çünki sol əlimdə məşqin sonunda çıxaracağım əlcək var.

Bəyin olub-olmadığı sualına cavabım “yox” olacaq”, – RİA Novosti Kramarenkonun sözlərini sitat gətirib.

Lalə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu