Bu il avqustun 20-də Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov tutulub.
Sportinfo.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Allahverənov Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayət idarəsinə könüllü təslim olub.Bundan əvvəl Allahverənovun barəsində beynəlxalq axtarış elan edilmişdi.
Kiqboksinq idman növü ilə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və onu başından zərbə vuraraq yerə sərib. Daha sonra çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb. Bu qətl Rusiyada geniş rezonansa səbəb olub.

