19 azərbaycanlı olimpiya təsnifatına başlayacaq - Ulan-Batorda

05:00 Cüdo 83
19 azərbaycanlı olimpiya təsnifatına başlayacaq - Ulan-Batorda

Azərbaycan cüdo millisi olimpiya təsnifatını açacaq Ulan-Batorda (Monqolustan) keçiriləcək Böyük Dəbilqə turnirində güclü heyətlə çıxış edəcək.

Sportinfo.aiz xəbər verir ki, 19–21 iyun tarixlərində baş tutacaq reytinq turnirinə 19 idmançımız yollanacaq.

Onların arasında Paris Yay Oyunlarının qalibləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) də var.

Yarışda həmçinin Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Nizami İmranov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tskayev (81 kq), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizə aparacaq.

Qadınlardan ibarət milli komandanın heyətinə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) və Mədinə Kaisinova (+78 kq) daxildir.

Hazırda Böyük Dəbilqə turnirində 54 ölkədən 413 idmançı iştirak üçün qeydiyyatdan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti