Fransanın tanınmış klubu baş məşqçi postuna kimi təyin etməyə hazırlaşır?

18:20 Fransa 72
Fransanın tanınmış klubu baş məşqçi postuna kimi təyin etməyə hazırlaşır?

“Lill” baş məşqçi postuna Davide Ançelottini təyin etməyə yaxındır.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, tərəflər artıq razılığa gəlib və yalnız klubun hazırkı baş məşqçisi Bruno Genesio ilə yolların ayrılmasının rəsmiləşməsi gözlənilir.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti 2021–2025-ci illərdə “Real”da atasının köməkçisi kimi çalışıb.

O, bir müddət Braziliyanın “Botafoqo” klubunda baş məşqçi postunu tutub və daha sonra yenidən atasının yanında – Braziliya millisinin məşqçilər heyətində yer alıb.

“Lill” 2025/26 mövsümünü Fransa çempionatında turnir cədvəlinin 3-cü pilləsində başa vurub və PSJ ilə “Lans”dan sonra ən yaxşı nəticəyə imza atıb.

Klub son illərdə Fransa liqasında PSJ-nin dominantlığını dayandıran komandalardan biri kimi tanınır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti