İtaliyanın 3 klubuna təklif olundu - “Liverpul”un gürcü qapıçısı

15:40 İngiltərə 877
İtaliyanın 3 klubuna təklif olundu - “Liverpul”un gürcü qapıçısı

“Liverpul”un qapıçısı Giorgi Mamardaşvili karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcüstanlı qolkiperin növbəti mövsüm üçün icarəyə verilməsi variantı “Yuventus”, “İnter” və “Fiorentina”ya təklif olunub.

Hazırda tərəflər arasında müzakirələr davam edir.

25 yaşlı qapıçı ötən mövsüm Arne Slotun rəhbərlik etdiyi komandada 20 oyunda meydana çıxıb və bu qarşılaşmalarda 34 qol buraxıb, 3 matçda isə qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” portalının məlumatına əsasən, gürcü futbolçunun bazar dəyəri 28 milyon avro qiymətləndirilir. Onun “Liverpul”la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti