Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Belçikanı qonaq etdi.
Mərdəkanda yerləşən "Dalğa Arena"da baş tutan qarşılaşmanı bir çox tanınmış simalar tribunadan izləyib.
Onların arasında yığmamızın sabiq üzvü Riçard Almeyda da olub.
Milliləşdirilən braziliyalı "Qarabağ"da birgə çıxış etdiyi həmyerlilərini də sabiq komanda yoldaşlarını arenadan izləməyə gətirib.
Söhbət ötən yay Ağdam təmsilçisinə transfer olunan Julio Romao və yeni transfer Mateus Silvadan gedir.
Xatırladaq ki, Riçard 31 görüşdə Azərbaycan millisinin formasın geyinib və 3 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ