“Neftçi” ilə oyunda zədələnməsəydi, indi…” – Tanınmış futbolçunu bu cür “yola saldılar”

4 Fevral 2023 21:00 Maraqlı 940
“Neftçi” ilə oyunda zədələnməsəydi, indi…” – Tanınmış futbolçunu bu cür “yola saldılar”

Azərbaycan futbolunun son illər yetişdirdiyi ən istedadlı futbolçulardan biri də, sözsüz ki, Əfran İsmayılov olub.

“Qarabağ”da məşhurlaşan, hətta bir vaxtlar bir neçə Avropa klubundan sanballı təkliflər alan “22 nömrə” sonradan ölkəmizin imkanlı klublarından hesab olunan “Bakı”, “Xəzər Lənkəran” və “İnter” (indiki “Şamaxı”) klublarının da şərəfin qorudu.

Karyerasının son illərində isə “Səbail”, “Sumqayıt” və “Kəpəz” kimi ortabab komandalarda çıxışı ilə yadda qaldı.

Milli komandamızda 40 oyunda 5 qolla yadda qalan İsmayılov bir neçə gün əvvəl sonuncu klubu olan Gəncə təmsilçisindən ayrılaraq karyerasını başa vurduğunu elan etdi.

Hər zaman futbol ictimaiyyətinin gündəmində olan 34 yaşlı veteran yarımmüdafiəçinin gedişi də sosial şəbəkə izləyiciləri tərəfindən geniş müzakirə olunub.

Fanatlar bu dəfə onunla bağlı xatirələrini dilə gətiriblər:

“Qarabağ”da yaxşı oynayırdı. Zədələnəndən sonra karyerası çökdü”.

“Brügge” ilə Bakıdakı oyun Efran rəqibin sol cinahın darmadağın etmişdi”.

“Neftçi” ilə oyunda zədələnməsəydi, indi başqa karyeradan danışırdıq”.

“Məncə, Əfran yaxşı oyunçu idi. Zədə onun oyununa çox təsir etdi”.

“Molde” ilə oyunda qaçırdığı penalti”.

“Qəbələ”nin oyunçusunu “bazara” yollamışdı. Hələ də yadımdadır”.

“Makasin”.

“Atletiko” ilə oyunda sonradan meydana girib, yenidən əvəzlənməsi”.

“Qarabağ”da zədədən əvvəlki gözəl çıxışı”.

“Bir dəfə vurduğu top evimizin həyətinə düşmüşdü”.

“Çox gözəl oyunçu idi. Sağ cinahda top onda olanda həyəcanlanırdıq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti