
Xalq artisti Aygün Kazımova "Bir mahnının tarixçəsi" proqramında qonaq olub.
Sportinfo.az xəbər verir ki, bəstəkar Cavanşir Quliyevin "Əsgər marşı"na həsr edilən proqramda müğənni müharibədən danışıb.
O, Birinci Qarabağ müharibəsinə könüllü getdiyini açıqlayıb: "O vaxtlar 22-23 yaşım var idi. Özümlə fəxr edirəm, nə yaxşı cəbhəyə getmişəm.
Birinci dəfə müharibəyə könüllü getdim. İndi də könüllü yazılmışdım. Amma əsgərlərimiz dedi ki, ən sonuncu Azərbaycan kişisi ölər, sonra qadınlar əlinə silah alar. Bu sözlər məni qürurlandırdı".