De Byazi qalsın, amma...

19 Noyabr 2020 13:00 Köşə 1 273
De Byazi qalsın, amma...

Dünən Azərbaycan millisi Lüksemburq millisi ilə bərabərə qalmaqla növbəti dəfə Millətlər Liqası ilə erkən vidalaşdı. Canni De Byazinin yetirmələri qrup lideri olmaq üçün vuruşmalı olduğu qrupda, böyük çətinliklə sonuncu yerdə qalmaqdan qurtula bildi.

Lüksemburqla görüşdə qazanılan 0-0 hesablı bərabərlik millimizin sayca ardıcıl 4-cü "quru hesablı" heç-heçəsi oldu. Bunu əldə bayraq tutub, italiyalının artıq müdafiə problemini həll etdiyini və qol vurmaq üçün də zamana ehtiyacı olduğunu düşünənlər var. Azərbaycan millisi və zaman ... Çox tanış sözlərdi, çoxx ..

Mən də De Byazinin qalmağını iki əlli dəstəkləyirəm, amma ...

Adətən futbol ictimaiyyəti Azərbaycan millisi haqqında danışanda "bu milliyə Mourinyo da, Qvardiola da gəlsə düzələn deyil" fikrini önə çəkirlər. Mən hazırkı dönəm üçün bu fikirlə razı deyiləm. Mourinyo yox, amma Pep Qvardiola gəlsə, De Byazinin millisi düzələr.

Pep Qvradiolanın komandaları hər zaman hücum futbolu ilə seçilib. İstər baş məşqçi kimi məşhurlaşdığı "Barselona"da, istərsə də hazırda çalışdğı "Mançester Siti"də qol vurmaq baxımında komandalarının çətinliyi olmayıb. Ancaq hücumundan fərqli olaraq müdafiədə problemləri "n" qədər olub.

Hazırkı millimiz isə qol buraxmır, müdafiəsi əla qurulub, amma hücumda "n" qədər çatışmazlıqlar var.

Tövsiyə edirəm ki, AFFA rəhbərliyi Pep Qvardiolanı millimizin başına gətirsin. Yox, De Byazi getsin də demirəm.

Bilirəm, deyəcəksiniz ki, bəs iki baş məşqçi bir millidə? Niyə də olmasın. Biri müdafiəni qursun, digəri hücum haqda düşünər. Bəlkə, o zaman analoqu olmayan millimizdən, analoqu olmayan nəticələr görə bildik.

Xanoğlan İmanov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"