Fabreqas "Keşlə"li hücumçunun sualına cavab verdi

21 Aprel 2020 13:15 Şamaxı 679
Fabreqas "Keşlə"li hücumçunun sualına cavab verdi

İspaniya millisinin və “Monako”nun futbolçusu Sesk Fabreqas sosial şəbəkədə “Keşlə”nin hücumçusu Lorenzo Frutosun sualını cavablandırıb.

33 yaşlı yarımmüdafiəçinin “Twitter”də azarkeşlər üçün açdığı canlı söhbət bölümünə paraqvaylı forvard da qatılıb.

Frutos təcrübəli oyunçuya “2010-cü il Cənubi Afrika Respublikasındakı dünya çempionatında finalı çıxsaq, ən çətin matçınız hansı idi?” sualını ünvanlayıb. Fabreqas isə Paraqvayla görüşün qorxunc olduğunu bildirib.

İspaniya DÇ-2010-un 1/4 finalında Paraqvayı 1:0 hesabı ilə üstələyib. Komanda finalda İspaniyanı əlavə vaxtda eyni hesabla məğlub edərək mundialın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"