"Keşlə"də heç kimi saymayan yeni "qoçu" - VİDEO

3 Mart 2020 19:08 Şamaxı 1 438
"Keşlə"də heç kimi saymayan yeni "qoçu" - VİDEO

«Keşlə»də komandadaxili münasibətlər nəzarətdən çıxıb.

Klub rəsmiləri hər nə qədər bunu təkzib etməyə çalışsa da, fakt odur ki, düşərgədə Tərlan Əhmədovu sayan azdır.

Baş məşqçinin kollektivə təsiri, belə demək mümkünsə, sıfır səviyyəsindədir. Futbolçular ondan xoşlanmır, inanmır, lağa qoyur.

Əhmədov bütün nüfuzunu itirib. Belə olmasaydı, əksər oyunçular onunla problem yaşamaz, tez-tez Zaur Axundova şikayət etməzdi.

Müşahidə Şurasının sədrinə daha kimlər giley-güzar etməyib ki…Vüsal İskəndərlidən, Rəşad Sadiqovdan tutmuş ta Əfran İsmayılova kimi!

Axundov əlini 1 gün komandanın üstündən çəksə, burada daş daş üstündə qalmaz,karvansaraya dönər. Sədr həm zəhmi, həm də pulu hesabına futbolçuları pərən-pərən düşməyə qoymur.

Ancaq bu da bəzən o dərəcədə kara gəlmir. «Keşlə» qış fasiləsindən sonra qeyri-sabit çıxışıyla diqqət çəkir və biz əksər oyunlarda komandanın nizam-intizamdan uzaq görüntüsüylə baş-başa qalırıq.

Əhmədovdan narazılıq futbolçuların öz aralarındakı münasibətə də xələl gətirir. «Sumqayıt»la son matçda kameralara düşən bir neçə görüntü düşərgədəki ab-havanın korlanmasına şübhə yeri saxlamır.

AFFA-nın milliləşdirmək üçün hərəkətə keçdiyi Sezar Meza Kolli Stanislav Namaşkoyla «söz davası»na çıxır. Yoldaşları yaxınlaşmasa, böyük ehtimalla, sözdən əlbəyaxa davaya keçəcəkdilər.

Ümumiyyətlə, Meza Kolli bu qarşılaşmada idmançıya yaraşmayan daha bir hərəkətə yol verib. Baş hakim Kamal Umudluya tüpürüb və onu təhqir eləyib.

Bu, matçın 28-ci dəqiqəsində yaşanıb. Rəqibə qarşı qayda pozuntusuna görə sarı vərəqə alan cənubi amerikalı legioner bundan əsəbləşib və «dişinin dibindən çıxanı» baş hakimə deyib. Gəl ki, Umudlunun Sezarı meydandan qovmağa cəsarəti çatmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda