Onlar İran millisini ABŞ-də etiraz aksiyası qarşıladı - FOTO

22 İyun 01:30 Dünya çempionatı 402
Onlar İran millisini ABŞ-də etiraz aksiyası qarşıladı - FOTO

Dünya çempionatının G qrupunda Belçika ilə qarşılaşan İran komandası ABŞ-də etiraz aksiyaları ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, İran yığması Meksikadakı təlim-məşq düşərgəsindən Los-Ancelesə gələrək qarşılaşma öncəsi son məşqini “Carson Sports Park”da keçib.

Lakin komandanın məşqi barədə məlumat alan etirazçılar obyektin girişində toplaşaraq nümayiş keçiriblər.

Gücləndirilmiş təhlükəsizlik tədbirləri altında komanda məşq meydançasını alternativ çıxışdan tərk edərək hotelə yollanıb.

Bununla belə, etirazçılar komandanı izləyərək yerləşdikləri hotelin qarşısında da aksiyanı davam etdiriblər və şüarlar səsləndiriblər.

İran komandası Los-Ancelesdə keçirilən ilk qrup matçında da oxşar etirazlarla qarşılaşmışdı. Həmin görüşdən əvvəl də komandanın qaldığı hotelin qarşısında nümayişlər təşkil olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti