“Məqsədim özümü ən yüksək səviyyədə sübut etmək və qazanmaqdır”

04:20 Boks 71
“Məqsədim özümü ən yüksək səviyyədə sübut etmək və qazanmaqdır”

“UFC turnirinin Bakıda təşkil olunması ölkəmiz üçün çox böyük hadisədir. Dünyanın diqqəti həmin gün Azərbaycanda olacaq və bu tarixi turnirin bir hissəsi olmaq mənim üçün böyük qürurdur”.

Sportinfo.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, bunu azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək “UFC Fight Night” turniri öncəsi hazırlıq prosesi barədə danışarkən deyib.

O, azarkeşlərə də çağırış edib:

“UFC mənim üçün hər zaman həm məqsəd, həm də arzu olub. Bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış edirəm. Amma mənim üçün bu, hələ yolun başlanğıcıdır. UFC-də məqsədim özümü ən yüksək səviyyədə sübut etmək, ardıcıl qələbələr qazanmaq və titul uğrunda döyüşməkdir.

Özümü heç bir rəqibdən zəif hesab etmirəm və hər döyüşə qalib gəlmək niyyəti ilə çıxıram.

Doğma azarkeşlər qarşısında döyüşmək isə mənə əlavə motivasiya verir. Əlbəttə, məsuliyyət də böyükdür. Ancaq bunu təzyiq kimi yox, əlavə stimul kimi qəbul edirəm. Arenada minlərlə insanın dəstəyini hiss etmək hər bir döyüşçü üçün xüsusi hissdir.

Bütün azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasına möhtəşəm UFC gecəsinin canlı şahidi olmağa və həmyerlilərimizi dəstəkləməyə dəvət edirəm”.

“UFC Fight Night: Fiziev vs Torres” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Fərman Həsənovun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO