Portuqaliyaya uduzan millimiz Avropa Liqasında mübarizəni dayandırdı

22 İyun 04:10 Voleybol 654
Portuqaliyaya uduzan millimiz Avropa Liqasında mübarizəni dayandırdı

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub.

Sportinfo.az xəbər verir ki, bu, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında Boris Qrebennikovun baş məşqçi olduğu komandanın Portuqaliya yığması ilə oyunundan sonra reallaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin 3:1 (21:25, 25:16, 25:12, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Milli daha əvvəl Avropa Liqasında Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstana 1:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM