Ölkəmizdə çıxış etdi, 14-cü dəfə komandasını dəyişdi

22 İyun 04:00 Hadisə 739
Ölkəmizdə çıxış etdi, 14-cü dəfə komandasını dəyişdi

“Keşlə”nin (indiki “Şamaxı”) sabiq legioneri Artur Batista növbəti dəfə komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi Braziliyadakı çıxışını davam etdirəcək.

“Amerika Mineyro”dan ayrılan oyunçu C Seriyasında mübarizə aparan “Londrina” ilə müqavilə imzalayıb.

Parana klubu onunla 2027-ci ilin sonuna qədər sözləşmə imzalandığını rəsmi saytı vasitəsilə açıqlayıb.

İlk peşəkar klubu ölkəsində “İnternasional” olan Artur karyerasında 14-cü dəfə komanda dəyişib. O, 2020-2021 mövsümündə “Keşlə”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!