“Şamaxı”nın yeni rəhbərliyi niyə yatıb yuxuya dalıb?

29 İyun 2022 21:00 Şamaxı 1 384
“Şamaxı”nın yeni rəhbərliyi niyə yatıb yuxuya dalıb?

“Şamaxı”nın yeni rəhbərliyinin təqdimatı olacaq.

Sportinfo.az bu haqda AFFA-dan məlumat əldə edib.

Verilən informasiyaya görə, tədbirin iyulun 1-2-si aralığmda təşkili planlaşdırılıb.

Gecikmə büdcə ilə əlaqlə məsələlərin açıq qalmasıyla əlaqədardır. Yeni funksionerlər SOCAR-ın kluba nə qədər vəsait ayırcağından xəbərsizdir.

Düzdür, yerli İcra Hakimiyyəti də “Şamaxı”ya maddi dəstək verəcək, ancaq əyalət təmsilçisi ötən illərdə olduğu kimi, əsas maliyyə gücünü neft şirkətindən alacaq.

Zaur Axundovu Müşahidə Şurasının sədri vəzifəsində Elçin Usub əvəzləyib.

Hüquq sahəsində çalışan bu şəxs Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı, futzal üzrə ölkə çempionatının ikinci liqasında çıxış edən “Advokat”ın rəhbəridir.

AFFA-nın başdakı idarəçilərinə yaxın birisidir. İllər öncə AFFA-nın Lisenziyalaşdırma Komissiyasında fəaliyyət göstərib. O, hüquq meyarı üzrə tələblərin yerinə yetirilməsinə nəzarət edib.

Z.Axundov iyunun əvvəlində “Şamaxı” ilə vidalaşıb. İş adamı vaxt azlığı səbəbindən klubla əlaqələrini dayandırıb.

Yeni təyinat isə Şamaxı İcra Hakimiyyəti tərəfindən dəstəklənib. Rayon rəhbəri Tahir Məmmədovun Elçin Usubla şəxsi münasibətlərinin yaxınlığı onları tanıyanlara sirr deyil.

“Şamaxı” baş məşqçi postunda Rüstəm Əliyevi Cavid Hüseynov əvəzləyib. AFFA-nın göstərişi ilə “Cəbrayıl”ın sükanı arxasından ayrılan gənc çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı