Paytaxt klubuna bir neçə milyon büdcə ayrıldı, üstəlik…

18 May 2022 16:40 Şamaxı 1 290
Paytaxt klubuna bir neçə milyon büdcə ayrıldı, üstəlik…

«Şamaxı» gələn mövsüməə hansı büdcə ilə başlayacağına aydınlıq gəlib.

Bu barədə Sportinfo.az-a klubdan bildirilib.

Verilən məlumata görə, AFFA onlara minimum 3 milyon manat vəsait ayrılacağına dair vəd verib.

Bu, klubun Müşahidə Şurasının sədri Zaur Axundovun apardığı danışıqlar sayəsində mümkün olub. Hətta ola bilər ki, sonrakı periodda büdcə daha yarım milyon manat artırılsın.

"Şamaxı"nın yeni mövsümə kimin rəhbərliyi ilə başlayacağı da bəlli olub. Klub 2017-ci ildə görəvə gəlmiş Zaur Axundovun nəzarətində saxlanılıb.

Bölgə təmsilçisinin funksionerləri bu barədə qərarı kollektiv üzvləri ilə görüşdə elan ediblər. Onlar bildiriblər ki, SOCAR və AFFA Axundovun burada işini davam etdirməsinə dair yekdil fikirə gəliblər.

Bununla, aylardan bəridir davam edən qeyri-müəyyənliyə son qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti