Bakı klubuna “dərs” verəndən sonra: “Özümü daha yaxşı hiss edirəm”

24 İyul 00:42 Keşlə 1 082
Bakı klubuna “dərs” verəndən sonra: “Özümü daha yaxşı hiss edirəm”

“Soçi”nin futbolçusu Joazinyo Konfrans Liqasının 2-ci mərhələsinin “Keşlə” ilə cavab matçında iştirak edə biləcək.

Sportinfo.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi artıq sağaıb.

Bu barədə o, yerli mətbuata açıqlamasında deyib:

“Əla nəticə əldə etdik. Bakıdakı oyunda da belə oynamağa çalışacağıq. Asan olmayacaq. Daha diqqətli olmalı və addım-addım irəliləməliyik.

Özümü daha yaxşı hiss edirəm. Düşünürəm ki, növbəti matçda oynaya bilərəm. Məşqlərimi davam etdirirəm, hər an oynamağa hazıram”.

“Keşlə” ilk matçda “Soçi”yə 0:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı iyulun 29-da, Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti