
"Kəpəz" Azərbaycan Kubokunun 1/8 finalında "Sabah"a rəqib olub.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq"i mübarizədən kənarlaşdırıb.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. "Sarı-göylər" əlavə vaxdat iki cavabsız qol vuraraq mərhələ adlayıb.
Günün başa çatan ilk görüşündə "Qaradağ Lökbatan" "Şahdağ Qusar"ı minimal hesabla üstələyib - 1:0.
Ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.