"Xəzər Lənkəran"ın ən tanınmış yetirməsindən İMTİNA OLUNDU

28 Dekabr 2023 11:40 Kəpəz 2 105
"Xəzər Lənkəran"ın ən tanınmış yetirməsindən İMTİNA OLUNDU

«Kəpəz»in yeni baş məşqçisi Adil Şükürov «qara siyahı»sını yavaş-yavaş açıqlamağa başlayıb.

Noyabrda Gəncə təmsilçisinin sükanı arxasına keçən çalışdırıcı ilk olaraq Elnur Cəfərovun üstündən «xətt çəkib».

O, «Xəzər Lənkəran»ın ən tanınmış yetirməsi olan yarımmüdafiəçinin xidmətindən imtina edib. Şükürov rəhbərliyə təqdim etdiyi raportda ona lazım olmayanların siyahısında orta sahə oyunçusunun adını birinci göstərib.

Cəfərov 2 ilə yaxındır «Kəpəz»in formasını geyinir. Vaxtilə Yaşar Vahabzadənin komandaya cəlb elədiyi lənkəranlı futbolçu ötən mövsümü əsasən əvəzedici heyətdə keçirib.

Tərlan Əhmədovun şans tanımadığı Elnur yalnız Azər Məmmədovun baş məşqçi gəlməsindən sonra özünü göstərməyə çalışıb. Adil Şükürovun təyinatıyla onun çətin günləri başlayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti