Azərbaycanda klub rəhbəri öz səlahiyyətlərini bu şəxsə ötürdü

14 Dekabr 2023 11:40 Kəpəz 4 873
Azərbaycanda klub rəhbəri öz səlahiyyətlərini bu şəxsə ötürdü

«Kəpəz»in idarəçisi dəyişib.

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri öz səlahiyyətlərini köhnə-yeni fiquranta ötürüb.

Həmin şəxs Cabir İbrahimovdur. O, eyni zamanda, icraçı direktor vəzifəsini yerinə yetirməyə başlayıb.

Dörd ildən artıqdır Gəncə təmsilçisinin başında dayanan Nadiri özünə aid imza hüququnu da İbrahimova verib.

Artıq «Kəpəz»ə aid bütün sənədlərə adını çəkdiyimiz zat qol çəkir. Bura istər təşkilati, istərsə də maliyyə ilə bağlı hesabatlar daxildir.

İlqar Nadiri klubdan birdəfəlik getməyə hazırlaşır? Əslində, belə bir fkri yoxdur.

Sadəcə, daha göz qabağında qalmaq, başqa sözlə, yerli publika ilə üz-üzə gəlmək, üz-göz olmaq istəmir. Reputasiyasının tamamilə korlanmasının qarşısını bu yolla almaq niyyətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM