Azərbaycanda derbinin məkanı dəyişdirildi – SON DƏQİQƏ

29 Dekabr 2023 14:00 Kəpəz 1 731
Azərbaycanda derbinin məkanı dəyişdirildi – SON DƏQİQƏ

Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək «Kəpəz» - «Turan Tovuz» qarşılaşmasının yeri dəyişirilib.

Qərb derbisi, əvvəlcədən nəzərdə tutulduğu kimi, Tovuzda keçirilməyəcək. Tərəflər Qəbələdə üz-üzə gələcək.

Bu təşəbbüs «Kəpəz»dən gəlib və Peşəkar Futbol Liqası onların qaldırdığı təkliflə razılaşıb.

Bilindiyi kimi, Gəncə klubu 2 aya yaxındır doğma şəhərdən uzaq düşüb. Şəhər stadionunun təmirə bağlanmasıyla əlaqədar. «Turan» qonşu şəhərin təmsilçisinə öz qapılarını açıb. Cüzi məbləğ qarşılığında.

Derbi bir başqa mahiyyət daşıyır. «Kəpəz»in baş məşqçisi Adil Şükürov fikirləşib ki, oyun Tovuzda təşkil olunsa, yerli publika stadiona axın edəcək.

Halbuki nominal ev sahibi onlardır. Bu və digər amilləri nəzərə alan baş məşqçi rəhbərlikdən yanvarın 21-dəki görüş yerinin Tovuzdan Qəbələyə dəyişdirilməsini istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti