
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" heyətini gücləndirməyə çalışır.
Gəncə klubu bu yöndə ilk addımını atıb.
Qərb təmsilçisi "Sabah"ın yarımmüdafiəçisi Camal Cəfərovu icarəyə götürüb. "Kəpəz" U-21 yığmamızın üzvünü 5 aylıq sıralarına qatıb.
21 yaşlı futbolçunun "Sabah"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
SPORTİNFO.AZ