Yeni mövsümə hazırlaşan "Kəpəz" növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi "Səbail-2" ilə qarşılaşıb.
Oyun "Kəpəz"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Kəpəz"in heyətində Junior Martins dubl edib. Digər qolları isə Abdulayi Şuaybu və Ehtiram Şahverdiyev (pen.) vurub.
"Kəpəz" bu yay yoxlama oyunlarında "Araz-Naxçıvan"la heç-heçə edib, "Zirə"yə və "Səbail"ə uduzub.

