“Onları bir daha bəyəndik, komandaya çox böyük faydaları dəyəcək”

24 İyul 2024 01:10 Kəpəz 1 228
“Onları bir daha bəyəndik, komandaya  çox böyük faydaları dəyəcək”

"Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə Küveyt "Əl-Yarmuk"u ilə keçirililən yoxlama oyunu barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o? "sarı-göylər"in 2:1 hesabı ilə qalib gəldiyi matçda yeni futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib:

"Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu oyunda da hiss olunurdu.

Bəzi epizodlarda futbolçuların çatdırmamasının səbəbi də məhz budur. Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdır.

Bu yöndə məşqlərimiz davam edir. Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq.

Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik.

Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək".

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!