COP29

Avrokuboklara vəsiqə qazanan klubdan İLK TRANSFER

28 May 18:00 Kəpəz 4 746
Avrokuboklara vəsiqə qazanan klubdan İLK TRANSFER

“Kəpəz”in aparıcı fiqurlarından olan Georgi Papunaşvili Azərbaycanda klubunu dəyişib.

“Səbail”lə oyunda zədələnərək bir neçə həftəlik sıradan çıxan 28 yaşlı legioner “Sumqayıt”a üz tutub.

Cari mövsümdə Premyer Liqada meydana çıxdığı 19 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Gürcüstan millisinin sabiq üzvü Konfrans Liqasında mübarizə aparacaq “kimyaçılar”la 1 il müddətinə anlaşıb.

Gəncə klubu onu saxlamağa çox çalışsa da, yarımmüdafiəçi daha yaxşı müqaavilə şərtləri təklif edən ”gənclik şəhəri” təmsilçisinin yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti