“Mən indi daha çox inanıram ki, komandamız çempionatda yerini qoruyacaq”

24 Fevral 23:00 Kəpəz 843
“Mən indi daha çox inanıram ki, komandamız çempionatda yerini qoruyacaq”

“Premyer Liqada qalmaq yolunda çox böyük addım atdıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisi 23-cü turda “Qəbələ” ilə qarşılaşdı və meydandan 2:1 hesablı qələbə ilə ayrıldı. Bu, hər mənada əhəmiyyətli oyun idi - uduzan tərəf çox şey itirəcəkdi.

Qərb təmsilçisi qazandığı qələbəylə son pillədəki “qırmızı-qaralar”la aradakı xal fərqini 8-ə çatdırdı.

İ.Nadiri qalibiyyətə layiq olduqlarını söyləyib:

“Qəbələyə yaxşı nəticə üşün gəlmişdik. Bizi indi gözəl oyundan daha çox, nəticə maraqlandırır.

Çox sevinirəm ki, istəyimizə çatdıq. Mən indi daha çox inanıram ki, komandamız çempionatda yerini qoruyacaq.

“Qəbələ”dən səkkiz xal qabaqdayıq. Düzdür, mövsümün başa çatmasına hələ 13 tur qalıb, ancaq əminəm ki, komandamız bu xal fərqinin “əriməsinə” imkan verməyəcək.

Gözəl və mehriban kollektivimiz var. Deyə bilərəm ki, əksər mütəxəssisləri yanıltdıq.

Çünki son vaxtlara kimi “Kəpəz”ın aşkar autsayder olduğunu, Birinci Liqaya düşəcəyini söyləyirdilər”.

Digər Xəbərlər
Xəbər Lenti