"Kəpəz" doğma şəhərdə hazırlığa start verdi

5 Yanvar 2024 01:00 Kəpəz 911
"Kəpəz" doğma şəhərdə hazırlığa start verdi

"Kəpəz"in üzvləri üçün qış istirahəti başa çatıb.

Sportinfo.az xəbər verir ki, məşqçilər korpusu və futbolçular Gəncədə bir araya gəlib.

"Sarı-göylər" çempionatın ikinci hissəsinə Nizami yurdunda hazırlaşacaqlar.

İlk məşq prosesi əsasən ümumi dözümlülüyün artırılması istiqamətində olub.

30-a yaxın azarkeşin də izlədiyi hazırlıq yüngül qaçışla başlayıb. Daha sonra futbolçular məşqçilərin verdiyi digər tapşırıqlarla çalışıblar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM