Premyer Liqa klubunun əcnəbi futbolçusu Milanda - FOTO

2 Yanvar 2024 01:10 Kəpəz 1 090
Premyer Liqa klubunun əcnəbi futbolçusu Milanda - FOTO

“Kəpəz”in legioneri Giorgi Papunaşvili çempionata verilən fasilədən istifadə edərək Avropaya yollanıb.

Sportinfo.az xəbər verir ki, gürcü futbolçu İtaliyada istirahət edir.

Gəncə klubunun üzvü istirahət vaxtını Venetsiya və Milanda keçirib.

28 yaşlı futbolçu sentyabrda “Kəpəz”lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Gürcüstan millisinin üzvü “Dinamo” (Tbilisi), “Verder”, “Saraqosa”, “Rasinq”(Santander), “Apollon”(Limassol), “Torpedo”(Kutaisi), “Radniçki Nis”, “Samtrediya”, “Telavi”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM