Azərbaycan klubunu tərk edəcək ilk legioner - Dəqiqləşdi

31 Dekabr 2023 11:05 Kəpəz 2 673
Azərbaycan klubunu tərk edəcək ilk legioner - Dəqiqləşdi

Tezliklə «Kəpəz»dən ayrılacaq ilk futbolçunun kimliyi dəqiqləşib.

Bu barədə Gəncə klubundan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, Vladislav Vasilyuçeklə müqaviləyə yaxın günlərdə xitam veriləcək. Yayda Belarusdan dəvət olunan qapıçı birillik kontraktını 6 ay tez pozmağa razılaşıb.

29 yaşlı qolkiperə bundan ötrü təzminat ödənilməyəcək. Azərbaycana gələnə kimi "Slutsk"un formasını geyinmiş kiperin yenidən vətəninə dönməsi gözlənilir.

Vasilyuçek «Kəpəz»ə «1 nömrə» kimi dəvət olunsa da, ümidləri doğrultmadı. Premyer Liqanın ilk həftələrində ardıcıl kobud səhvləriylə yadda qaldı.

Bu üzdən klub rəhbərliyi əlavə xərcə qatlanaraq, «Benfika»nın sabiq qapıçısı İqor Rodrigeslə anlaşmalı oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM