“Qarabağ” "Braqa"nı udsa, bu, mənim üçün sensasiya olmayacaq”

31 Dekabr 2023 01:00 Kəpəz 1 591
“Qarabağ” "Braqa"nı udsa, bu, mənim üçün sensasiya olmayacaq”

"Kəpəz"in portuqaliyalı qapıçısı İqor Rodriqes Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Braqa”dan danışıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verilən 28 yaşlı qolkiper həmin komandalardan hansının növbəti mərhələyə daha şanslı olduğunu da bildirib:

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindən layiqli şəkildə çıxdığını bildirib. Həqiqətən yaxşı komandadır.

Onların "Braqa"ya qarşı oyunu heç də asan keçməyəcək. Çünki "Braqa" da Portuqaliyanın ən yaxşı klublarındandır.

Bu komandanın avrokuboklarda təcrübəsi çoxdur. Həm Portuqaliyada, həm də Bakıda çox maraqlı görüşlər olacaq.

“Qarabağ” "Braqa" səddini keçə bilər. Bu, baş verərsə, mənim üçün sensasiya olmayacaq.

Hər halda Azərbaycan klubu da uzun illərdir ki, avrokuboklarda çıxış edir".

28 yaşlı qapıçı Portuqaliyada “Toça”, “Sportinq Kovilya”, “Benfika”, “Eştoril”, “Çaveş”, “Feyrense” klublarının qapısını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 20:00 Çək və bizə göndər!
21 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:30 Həsrət DÇ-nin finalında!
21 Sentyabr 02:30 “Dinamo” kimi gözləyir?
21 Sentyabr 02:10 “Buna inanmaq lazımdır”