“Onunla tanışam, möhtəşəmdir, çox gözəl olacaq!” – Patron AÇIQLADI

30 Dekabr 2023 23:00 Kəpəz 1 139
“Onunla tanışam, möhtəşəmdir, çox gözəl olacaq!” – Patron AÇIQLADI

Gəncə şəhər stadionunda bir müddət əvvəl başlayan söküntü işləri demək olar tamamlanıb.

Bu haqda Sportinfo.az-a “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bildirib.

Arenada aparılan işlərə Gənclər və İdman Nazirliyinin (GİN) nəzarət etdiyini vurğulayan müsahib deyib ki, GİN-nin balansında olan idman obyektində tikinti prosesinə nə vaxt start veriləcəyi və bu işi hansı şirkətin icra edəcəyi barədə onda heç bir məlumat yoxdur.

Qeyd edib ki, bu işlər birbaşa Gənclər və İdman Nazirliyinin nəzarətindədir.

İlqar Nadiri söyləyib ki, yeni ildən sonra inşaata start veriləcəyini gözləyir:

“Prosesin mümkün qədər tez başlaması üçün işlər görülür. Tikintiyə hazırlıq görülür.

Ərazidə xeyli inşaat materialı var. Güman ki, iş icraçıları iki növbəli qrafiklə çalışacaq.

Tikintinin miqyası böyükdür. Ona görə də stadionun may-iyun aylarında təhvil verilməsi mümkün deyil.

Ən yaxşı halda 2024-cü ilin dekabrında ora hazır olacaq. Bilirsiz ki, növbəti MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək.

Stadion bu yarışın təşkili məqsədilə əsaslı təmir olunur. Çox gözəl stadion olacaq.

Layihə ilə tanışam, sadəcə, möhtəşəmdir! Burada hər şey nəzərə alınıb.

Medianın və azarkeşlərin rahatlığından tutmuş ta avtomobillərin park olunmasına kimi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti