"Kəpəz"in saytı 2024-cü ilin ilk günlərində istifadəyə veriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saytda son tamamlama işləri aparılır, hətta dəfələrlə test edib yayıma da buraxılıb.
2022/2023 mövsümündə Premyer Liqaya qayıdan "sarı-göylər"in rəsmi saytı o vaxtdan işləmir.

