"Kəpəz” Abdullah Şuaybunun yolunu gözləyir.
Azərbaycanı tərk edən forvard hazırda ölkəsində fərdi məşqlərini etməklə məşğuldur.
Bölgə klubunun rəsmiləri onun yenidən Azərbaycana qayıtmasından ötəri səfərbər olub.
Baş məşqçi Adil Şükürov da afrikalı hücumçunu sərəncamında görməkdə maraqlıdır.
Şuaybu ötən ayın əvvəli Azərbaycanı tərk edib.
Buna səbəb onda Hepatit virusunun aşkar olunması olub.
Futbolçu yenidən "Kəpəz" formasında meydana çıxması üçün təkrar tibbi müayinədən keçməlidir.
Əgər cavab neqativ olarsa, onun karyerasını yenidən ölkəmizdə davam etdirməsində heç bir problem qalmayacaq.
Təkrar test üçün təyin olunan 1 aylıq müddət də tamamlanıb.
Qalır nigeriyalının sənədlərini qaydasına salıb, test verməsi üçün Bakıya gəlməsi.
Ötən ilin yayında “Şerif”dən "Kəpəz"ə gəlmiş forvardın qərb təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək.
21 yaşlı oyunçu bölgə klubunda keçirdiyi 45 matçda 13 qol, 5 asistlə yadda qalıb.
O, bu mövsüm 9 görüşdə meydana çıxıb və 1 qol vurub.
XANOĞLAN / SPORTİNFO.AZ

