Mate Kverkveliyanın "Kəpəz"dən ayrılması gözlənimir.
Bu barədə klubdan məlumat əldə etmişik.
Baş məşqçi Adil Şükürov gürcüstanlı legionerun performansından razıdır və onunla yolların davam etdirilməsində maraqlıdır.
Xatırladaq ki, mətbuatda çıxan xəbərlər arasında vingerin bölgə klubunu tərk edəcəyi yazılmışdı.
Mate ötən ilin yayından Gəncə klubunun şərəfini qoruyur.
Onun hazırkı müqaviləsi yayda qüvvədən düşəcək.
27 yaşlı legioner bu mövsüm 15 oyunda meydana çıxıb və 2 qol, 2 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

