"Kəpəz" qış fasiləsinə yollanıb.
Sportinfo.az xəbər verir ki, futbolçulara 10 günlük istirahət verilib.
Bəzi legionerlər Yeni il bayramı ilə əlaqədar ölkələrinə yollanıblar. Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplaşacaq.
"Kəpəz" 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.

