"O, istədiklərimizi edir"

18 Dekabr 2023 18:10 Kəpəz 1 190
"O, istədiklərimizi edir"

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov ölkə kubokunun 1/8 final mərhələsinin "Sabah"la (3:4) oyunundan sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb:

- Komandamız yaxşı mübarizə apardı. Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik.

- Əlavə vaxta hazırlaşmışdız?

- Hazır idik, futbolçularla bu haqda danışmışdıq. Əlavə vaxtda iki əvəzetmə etməyi planlaşdırırdıq.

- Hakimlik haqda fikirləriniz necədir?

- Məncə, normal hakimlik oldu. Oyunda bəzən hakimlərlə emosional danışırıq. Hakimlərin böyük səhvi yox idi.

- Əsas heyət oyunçularını ehtiyatda saxlamağınızın səbəbi nə idi?

- Bu, əvvəlki oyunlarda çox yüklənmələri ilə bağlı idi. Çünki zədələnə bilərdilər. Oyunçuları qorumaq istəyirdik. Heyətdə olan bütün futbolçulara inanırıq. Bizdə əsas heyət və ya ehtiyat söhbəti yoxdur.

- Adama Nianenin oyununu necə dəyərləndirirsiz?

- Uğurlu çıxış etdi. Zədədən sonra çox istəkli idi. O, istədiklərimizi edir. Cavad Kərimov da yaxşıdır. Sevindirici haldır ki, Cavad Niane kimi hücumçunun yanında nələrisə öyrənir.

Digər Xəbərlər
Xəbər Lenti