Azərbaycan klubunda çevriliş: Nələr olur? - VİDEO

18 Dekabr 2023 16:40 Kəpəz 2 361
Azərbaycan klubunda çevriliş: Nələr olur? - VİDEO

"Kəpəz" özünə gəlir".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Gəncə təmsilçisinin Premyer Liqanın son turlarında uğurlu qrafik cızdığını bildirib.

Tanınmış teleşərhçi deyib ki, qərb klubu Adil Şükürovun gəlişiylə inkişaf mərhələsinə qədəm qoyub və elitada qalmaq yolunda addımlar atmağa başlayıb.

Abbasov qeyd edib ki, yeni baş məşqçi "Kəpəz"ə baxımlı futbol oynadır və bu, nəticələrdə də özünü göstərir.

Adıçəkilən komandanın artıq turnir cədvəlində "Qəbələ"ni üstələdiyini xatırladan ekspert söyləyib ki, Georgi Papunaşvili başda olmaqla, indi əksər legionerlər daha faydalı iş əmsalına malikdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti