«Hər ötən gün özümü daha yaxşı, daha sağlam hiss edirəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın yarımmüdafiəçisi İsmael Azzauri deyib.
Premyer Liqanın ilk dövrəsində əsas heyətə az-az düşən belçikalı legioner artıq daha çox şans qazandığını, buna da sevindiyini bildirib: «Yalnız son üç matçda “11-lik”də yer almışam. Əvvəlki qarşılaşmalarda meydana sonradan daxil olurdum. Amma bu, bacardığımın 100 faizi deyil. Daim oynasam, daha artığını edə bilərəm. Qış fasiləsinə qədər qarşıdakı 2 oyunda da şans qazansam, faydam daha çox olacaq».

