“Xeyr-xeyr, siz nə danışırsız?” – İddia ilə razılaşmadı

17 Dekabr 2023 09:00 Kəpəz 906
“Xeyr-xeyr, siz nə danışırsız?” – İddia ilə razılaşmadı

“Kəpəz” Premyer Liqanın 17-ci turunu da məğlubiyyətsiz başa vurdu.

Ötən həftə “Qəbələ”nin qapısından çoxlarının gözləmədiyi halda 3 cavabsız top keçirən gəncəlilər bu dəfə “Sumqayıt”la bərabərə qaldı.

Halbuki, Adil Şükürovun rəhbərlik etdiyi kollektiv qələbəyə daha yaxın idi. Real qol şanslarının sağa-sola xərclənməsinə görə nominal meydan sahiblərinin qazancı 3 yox, 1 xal oldu.

Matç başa çatandan sonra komandanın aparıcı simalarından olan, bu qarşılaşmada meydana ikinci hissədə daxil olan

Olavale Onanuqa Sportinfo.az-a açıqlama verib:

“Bu oyunu 3 xalsız başa vurduğumuza hələ də inana bilmirəm. Fikrimcə, rəqibdən üstün futbol oynadıq, bir neçə real qol fürsəti yaxaladıq.

Qələbə qazanmamağımızın başlıca səbəbi fürsətlərdən istifadə etməməyimiz idi. Səhv etmirəmsə, “Sumqayıt”ın iki real şansı oldu və onun birində qol vurdular.

Oyunun sonuna yaxın tempin aşağı düşməsi 1 xalla razılaşdığımıza görə deyildi. Xeyr-xeyr, siz nə danışırsınız?

Əksinə, meydana məhz 3 xal üçün çıxmışdıq. Sadəcə, son 5-10 dəqiqədə bəzi futbolçular yorulmuşdu deyə, sürət azalmışdı.

Heç-heçəyə oynamaqdan söhbət gedə bilməz. “Kəpəz”in adına möhtəşəm oyun olduğunu düşünürəm.

Bu cür davam etsək, uğurlu nəticələrimiz olacaq”.

“Kəpəz” xal sayını 14-ə yüksəldərək 9-cu pillədə qərarlaşıb. Gəncəliləri 8-ci sıradakı “Turan Tovuz”dan cəmi 2 xal ayırır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti