Rövnəq Abdullayev pul axtarışına çıxır - Bu yeri açmaq üçün

13 Dekabr 2023 15:00 Kəpəz 1 739
Rövnəq Abdullayev pul axtarışına çıxır - Bu yeri açmaq üçün

AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyevin bugünlərdə Gəncəyə etdiyi səfərin təfərrüatı bilinib.

Cütlük federasiyanın ayırdığı maliyyə hesabına tikilən futbol akademiyası ilə tanış olub.

Qonaqlar görülən işlərdən razı qalıb.

Abdullayevə akademiyanın hələ də qapılarını uşaqların üzünə açmamasının səbəbləri barədə geniş məlumat verilib.

Bildirilib ki, bura həm azyaşlıların, həm də əsas komandanın futbolçularının yerləşməsi üçün nəzərdə tutulub.

Ümumiyyətlə, gündəlik istifadəsi 100 nəfər üçün nəzərdə tutulub. Onların qidalanması, məşqçi və texniki personalın əməkhaqlarının ödənilməsi, nəqliyyat və səfər məsrəfi…

Problem də bundadır - xərci kim qarşılayacaq?

AFFA prezidenti məsələni şəxsi nəzarətinə götürəcəyini, 1 ildən artıqdır açılışı yubanan akademiyanın tezliklə istifadəyə verilməsi üçün maliyyə mənbələri tapmağa çalışacağını deyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti