Premyer Liqa klubu 7 il, 7 aydən sonra ilk dəfə bunun öhdəsindən gəldi

12 Dekabr 2023 02:40 Kəpəz 898
Premyer Liqa klubu 7 il, 7 aydən sonra ilk dəfə bunun öhdəsindən gəldi

“Kəpəz” 7 ildən sonra ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XVI turunda, “Qəbələ” ilə oyunda baş verib.

3:0 hesablı qələbə qazanan gəncəlilər axırıncı dəfə 2772 gün əvvəl rəqib meydanında bunu bacarıblar. 7 il 7 ay öncə - 2016-cı il mayın 7-də “Xəzər Lənkəran”ın qonağı olan qərblilər 3 cavabsız qola sevinmişdilər.

Gəncə təmsilçisi sonuncu dəfə üç və ya daha çox top fərqli qələbəyə isə ötən mövsüm nail olub. 2022-ci il oktyabrın 29-da “Səbail”lə qarşılaşan “Kəpəz” 3:0 hesablı ev qələbəsindən 406 gün sonra eyni nəticəyə imza atıb.

Bu, klub tarixində Premyer Liqada qazanılan 94-cü böyükhesablı qələbə olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti