Premyer Liqanın son 3 turunda 4 xal toplayan “Kəpəz”in futbolçularının qazancı məlum olub.
Bayılda “Səbail”lə qolsuz bərabərə qalan, Qəbələdə eyniadlı komandaya 3:0 hesabıyla qalib gələn “sarı-göylər”in gəliri 1400 manat təşkil edib.
Belə ki, Gəncə təmsilçisi 1 xalın əvəzində oyunçularına 600 manat ödəyib. “QƏbələ” üzərində qalibiyyətin əvəzi isə 800 manat olaraq qiymətləndirilib.
Qərb klubu Adil Şükürovun gəlişindən sonra turnir cədvəlində sonuncu - 10-cu pilləni tərk edib. Xallarının sayını 13-ə çatdıran kollektiv “Qəbələ”ni 2 xal qabaqlayır.
SPORTİNFO.AZ

