Azərbaycan klubunun rəhbəri ilə bağlı müəmmaya AYDINLIQ GƏLDİ

12 Dekabr 2023 22:20 Kəpəz 975
Azərbaycan klubunun rəhbəri ilə bağlı müəmmaya AYDINLIQ GƏLDİ

“Kəpəz” mövsümdə üçüncü qələbəsini Qəbələdə qazandı.

Adil Şükürovun yetirmələri səfər meydanında “Qəbələ”ni darmadağın edib – 3:0.

Görüşü izləyənlər arasında klubun İdarə Heyətinin sədri İlqar Nadirinin olmaması diqqətdən qaçmayıb.

Axı klub rəsmisi ev-səfər oyunu demədən hər zaman stadiondan komandasının oyunun izləyib.

Son günlər İlqar bəylə bağlı mətbuatda müəyyən iddialar var.

Ki, onun tutduğu postu tərk edəcəyi yazılır.

Olmaya, rəhbər şəxsin yoxluğu bununla bağlıdır?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin qısaca bunları dedi:

“Xeyir, İlqar müəllim işinin başındadır. Son oyunda olmaması işləri ilə bağlıdır.

Bir neçə gündür təhsillə bağlı Almaniyada idi. Qəbələdə görünməməsi sırf bununla bağlıdır”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti